Xəzər Xəbər

Kondisioneri yandırıb, maşını tərk etməyin" - Sürücülərin diqqətinə!

Cəmiyyət | 12:43 • 10 İyul 2017
Kondisioneri yandırıb, maşını tərk etməyin" -

"İsti yay günlərində bəziləri kondisioner işləsin deyə mühərriki işlək vəziyyətdə avtomobili park edirlər. Hətta bəziləri belə avtomobili xeyli müddətə tərk edib gedirlər. Bu, həm qanunsuzdur, həm də çox təhlükəlidir”.


Bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, sürücünün mühərriki işləyən avtomobili tərk etməsi qadağandır: "Çünki hər şey ola bilər. Belə vəziyyətin təhlükəliliyi isə həm ekoloji ziyanla, həm də baş verə bilən xoşagəlməz hallarla bağlıdır. Durduğu yerdə mühərriki uzun müddət işləyən avtomobil asanlıqla alışa bilər. İstehsalçı zavodların əksər avtomobillərə mühərriki işləyən zaman qapılarını bayırdan kilidləmək funksiyasını qoymaması bundan irəli gəlir. Kimin avtomobilində belə funksiya varsa, deməli elektrik sisteminə müdaxil edilib. Elektrik sisteminə müdaxilə olan avtomobil isə çox asanlıqla yanmağa məhkumdur. Ekoloji ziyan da göz qabağındadır. Dayanan avtomobilin mühərrikində normal yanma getmir, dəm qazı və digər zərərli maddələr artır. Nəticədə ətrafdakılar tədricən zəhərlənir, avtomobilin özündə olan adam isə çox asanlıqla dəm qazından ölə bilər. Ölkəmizdə tez-tez belə hallar baş verir”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti