Xəzər Xəbər

Bakı metrosu yay qrafikinə keçib

Cəmiyyət | 11:54 • 10 İyul 2017
Bakı metrosu yay qrafikinə keçib

"Bakı Metropoliteni” QSC iyul ayının 10-dan yay qrafikinə keçib.

Xezerxeber.az məlumat verir ki,  bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, qatarlar arasında interval pik saatlarda 2,5 dəqiqə, qalan vaxtlarda, əsasən, 3 dəqiqə olacaq. Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Qeyd edək ki, pik saatlarda hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

Xəbər lenti