Xəzər Xəbər

DİM: XI sinfin buraxılış imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir

Cəmiyyət | 11:54 • 10 İyul 2017
DİM: XI sinfin buraxılış imtahanlarının nəticələri ötənilki nəticələrlə eyni səviyyədədir

"Biz XI sinfin buraxılış imtahanlarının nəticələrinin ötən il keçirilən imtahanların nəticələri ilə müqayisə etdik. Nəticələr təxminən eyni səviyyədədir. Dəyişikliklər statistik xətalar çərçivəsindədir”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri qeyd edib ki, IX sinfin buraxılış imtahanları isə ötən il keçirilən imtahanlardan həm məzmunca, həm də forma etibarı ilə fərqlənib: "IX sinfin I mərhələsində keçirilən buraxılış imtahanları nəticələri gözlənilən idi. Çünki biz 2012-ci ildən başlayaraq monitorinq imtahanları keçirirdik. Monitorinq imtahanlarının nəticələrinə görə, müəyyən sahələrdə, xüsusilə də riyaziyyat fənnində yaddaş məktəbindən təfəkkür məktəbinə keçid tam şəkildə başa çatmayıb”.

Xəbər lenti