Xəzər Xəbər

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Cəmiyyət | 10:58 • 27 İyun 2017
Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qadınlardır.

Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qadınlar olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.

Belə ki, 2016-2017-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51 702 tələbəsi olub ki, onların da 34 308 nəfəri - 66,3 i faizi qadın olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qadınlar təşkil edib.

Ali təhsil müəssisələrinə gəldikdə, 2016-2017-ci tədris ilində bütün tələbələrin - 163 779 nəfərin 79 132 nəfəri, yaxud 48,3 faizi qadınlar olub. Ali məktəblərdə bundan əvvəlki tədris illərində də qadın tələbələrin faiz göstəricisi 46-48 faiz arasında dəyişib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti