Bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında
mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumatına görə, havanın temperaturunun Abşeron
yarımadasında gecə 19-21, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31
dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan
762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55
faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə
isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında iyunun 26-da hava şəraitinin dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən
şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-22, gündüz 27-32,
Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer
təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz
təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna,
Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə
isti olacağı gözlənilir.
Azərbaycanın
rayonlarında iyunun 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış
yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 30-35, dağlarda
gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında iyunun 26-da hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək
çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz
30-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.