Xəzər Xəbər

Qapını açıq saxlayanlar İŞDƏN QOVULACAQ

Cəmiyyət | 12:12 • 24 İyun 2017
Qapını açıq saxlayanlar

Bakı Nəqliyyat Agentliyi mövsümlə bəzi sürücülərin avtobusları qapısı açıq şəkildə idarə etmələrinin qarşısını almaq məqsədilə monitorinqlərə başlayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Baş direktorunun müşaviri Mübariz Abbasov sürücülərlə görüşdə xəbərdarlıq edib.

"Monella” MMC  və "Xaliq Faiqoğlu” MMC-nin sürücüləri ilə keçirilən görüşdə M.Abbasov bildirilib ki, bu cür hallara yol verən sürücülərə qarşı ciddi inzibati tədbirlər görülməklə yanaşı, onlar sərnişin daşımalarından da kənarlaşdırılacaq. Həmçinin, vurğulanıb ki, sürücülər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalı, reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı və zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdır. Sürücülər avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində saxlamalıdır. Sürücülərə sərnişinlərlə nəzakətli rəftar etmək, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirləri görmələri də tapşırılıb.

Görüşdə sürücülərin şikayət və təklifləri də dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti