Xəzər Xəbər

2050-ci ildə Azərbaycan əhalisinin sayı nə qədər olacaq? — BMT açıqladı

Cəmiyyət | 14:14 • 22 İyun 2017
2050-ci ildə Azərbaycan əhalisinin sayı nə qədər olacaq?

Azərbaycan əhalisinin sayı 2030-cu ilədək 10,68 milyon nəfərə, 2050-ci ilə qədər 11,03 milyon nəfərə qədər artacaq.

Bu barərdə BMT Katibliyinin İqtisadi və Sosial məsələlər Departamentinin dünyanın demoqrafik vəziyyəti və onun dəyişmə perspektivlərinə dair hazırladığın yeni hesabatda deyilir.

Sənəddə ayrı-ayrı regionlar və ölkələrə bölünməklə demoqrafik tendensiyaların icmalı yer alıb.

Qeyd edək ki, 2017-ci ilə məlumata görə, Azərbaycan əhalisinin sayı 9,8 milyon nəfərə bərabərdir. Bunun 51%-ni 25-59 yaşlı, 23%-ni 14 yaşa qədər olan, 15%-ni 15-24 yaşlı, 10%-ni 60 yaşdan yuxarı insanlar təşkil edir.

Hesabata görə, Azərbaycanda gözlənilən yaşam müddəti də artacaq. Belə ki, 2015-2020-ci illərdə bu göstərici 72,1 yaş təşkil edirsə, 2040-2050-ci illərə qədər 75,7 yaşa və 2095-2100-cü illərə qədər 82,6 yaşa qədər artacaq.

Hazırda dünya əhalisinin sayı 7,6 milyard nəfərdir. Hesabata görə, 2030-cu ildə dünyada 8,6 milyard, 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə osə 11,2 milyard insan yaşayacaq.

Əhalisinin sayı ən çox olan ölkələr sırasında Çin (1,4 milyard nəfər) və Hindistan (1,3 milyard nəfər) liderlik etməyə davam edir. Bu iki ölkənin payına dünya əhalisinin ümumi sayının müvafiq olaraq, 19 və 18 faizi düşür. Təxminən 2024-cü ilə qədər Hindistanın əhali sayında Çini üstələyəcəyi gözlənilir.
Dünyanın ən çox əhaliyə malik 10 ölkəsi arasında əhali sayı ən sürətlə Nigeriyada artır. 2050-ci ilə qədər bu ölkə əhalisinin sayına görə dünyada 3-cü pilləyə qədər yüksələcək və ABŞ-ı geridə qoyacaq.

Yaxın 33 il ərzində dünya əhalisinin bütün artımının yarısı cəmi 9 ölkənin - Hindistan, Nigeriya, Konqo Demokratik Respublikası, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyanın payına düşəcək./Report


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti