İyunun 23-də Bakı və Abşeron
yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı
gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış
yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
ETSN-dən
XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun gecə 18-20° isti, gündüz
25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı
gözlənilir.
Atmosfer təzyiqi normada daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.
Abşeron
çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-dək Abşeron yarımadasında
meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar
üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.