Xəzər Xəbər

Doğulduğunuz aya görə xəstəliklərinizi bilmək mümkündür ÖYRƏNİN

Cəmiyyət | 14:57 • 21 İyun 2017
Doğulduğunuz aya görə xəstəliklərinizi bilmək mümkündür
İnsanın doğum tarixinə görə gələcək xəstəlikləri barədə proqnoz verək mümkündür.

Bu nəticəyə İspaniyanın Alikante Universitetinin alimləri apardıqları araşdırma nəticəsində gəliblər.

Alimlər bildirir ki, sentyabr ayında dünyaya gələn insanlar yanvarda doğulanlarla müqayisədə zob xəstəliyindən daha çox əziyyət çəkir. Avqustda doğulan kişilər yanvardakılara nisbətən 2 dəfə artıq astma olur.

İyunda doğulanlar isə digər aylarda dünyaya gələnlərə nisbətən 34 faiz daha çox depressiyaya düşürlər. İyunda doğulan qadınlar digər aylardakılardan 33 faiz daha artıq miqrendən əziyyət çəkir. Bu ayda doğulan qadınların üstünlüyü isə menopauzaya daha gec girmələridir. İyulda doğulan qadınlar yüksək qan təzyiqindən daha çox əziyyət çəkir və bu artım 27 faiz təşkil edir.

27 xroniki xəstəliklə bağlı araşdırma aparan mütəxəssislər xəstəliklə doğum tarixi arasındakı əlaqənin əsasən uşağın doğulduğu zamankı fəsil dəyişikliyi ilə izah edir. Bu zaman temperatur da xüsusi nəzərə alınır.

Xəbər lenti