Xalq arasında itdirsəyi adı ilə tanınan çiban, göz qapaqlarında iltihablı yağ düyümləridir.
Bu yağ düyümləri kiçik şişlər əmələ gətirərək iltihablandığı üçün göz
qapağından göz səthinə təzyiq edərək ciddi ağrılara səbəb olurlar.
İtdirsəyi sadə bir narahatlıq deyil. Bu
narahatlığın aradan qaldırılması üçün mütləq həkiminizə müraciət
etməlisiniz.
İtdirsəyinə qarşı bir çox şəfalı bitkilər vardır. İlıq gülab, adi çay və çobanyastığı çayı gözə yaxşı təsir edir.
İtdirsəyi bəzi hallarda açıqda göz qapağının üzərində və ya kirpiklərin
dərhal dibində ola bilir. Bu halda kənardan itdirsəyinə sürtüləcək
közlənmiş soğan çox faydalı olur.
Sarımsaq çibana qarşı yaxşı təsir göstərsə də, gözə sürtüldüyü zaman diqqətli olmaq lazımdır.
İtdirsəyinin ən önəmli səbəbləri həddindən artıq stress, tozlu hava
şəraiti, göz kanallarının bağlanması və başqalarının dəsmalından
istifadə etməkdir. Bu səbəbdən də, itdirsəyinin qarşısını almaq üçün bu
problemlərdən uzaq durun.
Saglamolun.Az