Xəzər Xəbər

Yayda kökəlməmək üçün nə edək? Dietoloq məsləhəti

Cəmiyyət | 13:58 • 21 İyun 2017
Yayda kökəlməmək üçün nə edək?

"İnsanlar yay tətilində daha çox kökəlir”.

Bunu açıqlamasında dietoloq Tutu Zeynalova deyib: "Tətilə ödədikləri xərcin qarşılığında çalışırlar ki,alıcı olaraq satıcıdan daha çox yararlansınlar. Buna görə də, tətil sonrası kökəlmələr görürük. Yayda sağlam qidalanmaq üçün səhər yeməyi yeyilməlidir. Lakin insanlar tətildə yuxudan gec oyandıqları üçün səhər yeməyini gec yeyirlər və maddələr mübadiləsi zəifləyir. Bağ mövsümü başladığından gecə yeməkləri başlayır. Bu da kökəlməyə gətirib çıxaran amildir. Orqanizm fərdi, qida alışqanlıqları fərqli olduğu üçün hər kəs kökələcək, ya da arıqlayacaq deyə bir qayda yoxdur”.

Həkim əlavə edib ki, qarpız, yemişin mövsümüdür. Adətənqarpız gec saatlarda yeyildiyi üçün qan şəkərini sürətlə qaldırır və kökəlməyə meyilli insanlarda çəki artımına səbəb olur.

Kökəlməmək üçün menyudan nəyi çıxartmalıyıq?

"Ümumiyyətlə, çörəyi, duzu menyudan tamamilə çıxartmaq düzgün deyil. Çörəyin də tərkibində orqanizm üçün faydalı maddələr var. Duzu çıxartsaq, maddələr mübadiləsi pozular. Duzdan istifadə 5 qramı keçməməlidir. Hər şeydən tamamilə imtina etmək düzgün deyil, əsas miqdar və yeməyin vaxtına diqqət etmək lazımdır. Məsələn, qarğıdalı,dondurma sizi kökəldirsə, onu günün 1-ci yarısında yemək lazımdır. Yarım qarğıdalı bir dilim çörəyə bərabərdir. 4 dilim çörək yeyənlər 3 dilim çörək yeyəcək ki, qarğıdalı ona artıq çəki kimi dönməsin”.

Həkimin sözlərinə görə, "Fast food”, energetik içkilər, şirin qazlı içkiləri menyudan çıxartmaq lazımdır. Ağ un, ağ şəkərdən mümkün qədər az istifadə edin.

Yayda kökəlməmək üçün nə edək?

Yuxudan tez oyanın. Səhər 09:00-a kimi səhər yeməyini yemək, axşam 20:00-a kimi axşam yeməyini tamamlamaq lazımdır. Gün ərzində çəkinizin 3 faizi qədər su için. Yeməyi yaxşıca çeynəyin, o zaman görəcəksiniz ki, kiçik porsiyada kifayət edir. Gün ərzində 1 saat gəzin ya da rəqs edin. Ən azından yarım saat gəzmək vacibdir./Metbuat.az

Xəbər lenti