Xəzər Xəbər

Azərbaycanda güclü zəlzələ riski artıb? - Və açıqlandı...

Cəmiyyət | 13:48 • 21 İyun 2017
Azərbaycanda güclü zəlzələ riski artıb? -

Son günlər regionda tez-tez tekdonik hadisələr qeydə alınır. Türkiyədə, Rusiyada, eləcə də ölkəmizdə zəlzələlər baş verir. Ciddi nəticələrlə səbəb olmasa da, bu hadisələrin təkrarlanması insanlarda narahatlıq doğurur.

Bununla bağlı açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirdi ki, Türkiyə ərazisində struktur baxımından baş verən zəlzələlərin bizimlə heç bir bağlılığı yoxdur. Amma Türkiyənin özü də seysmik baxımından aktiv zonada yerləşir:

"Belə aktivlik həmişə hiss olunub. Ümumiyyətlə, seysmik baxımdan aktiv olan zonada belə zəlzələlər tez-tez olur. Yəni, ərazi üçün xarakterik olan bir şeydir. Azərbaycanda da bu cür zəlzələlər vaxtaşırı olur. Maqnitudası 3-dən yuxarı olan zəlzələ haqda məlumat verilir. Sadəcə müəyyən dövrlərdə hiss olunur, müəyyən dövrlərdə olunmur”./Metbuat.az

Xəbər lenti