Xəzər Xəbər

Bakıda daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib

Cəmiyyət | 11:45 • 20 İyun 2017
Bakıda daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib

Bakıda fəaliyyət göstərən 175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 175 nömrəli marşrut xətti üzrə Nobel prospekti, İzzət Orucov küçəsi, Xocalı prospekti ilə hərəkət edən avtobuslar bundan sonra İzzət Orucov küçəsinə daxil olmadan Nobel prospekti, Nəcəfqulu Rəfiyev küçəsi və Xocalı prospekti ilə hərəkət edəcək. Dəyişiklik edilməsi ilə bağlı qərar Nəcəfqulu Rəfiyev küçəsi sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

Məlumat üçün bildirək ki, hazırda 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş trayektoriya ilə hərəkət edir.


Xəbər lenti