Xəzər Xəbər

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı azalıb

Cəmiyyət | 10:00 • 20 İyun 2017
Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı azalıb

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı azalıb.

Trend statistik məlumatlara istinadən xəbər verir ki, 2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2033 nəfər, 2016-cı ildə 1 666 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Uşaq ölümlərinin səbəbləri arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm səbəbi birinci yerdə dayanır. Ötən il 1 090 uşaq bu səbəbdən dünyasını dəyişib.

Ötən il tənəffüs sistemi xəstəliklərindən 173, bəzi infeksiyon və parazitar xəstəliklərdən 37, anadangəlmə anomaliyalardan (inkişaf qüsurlarından), deformasiyalar və xromosom pozğunluqlarından 151 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin
digər nəticələrindən 7 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Ötən il hər 10 000 nəfər diri doğulana bütün səbəblərdən 1 yaşa qədər ölən uşaqların sayına görə 113,6 uşaq düşüb. 2015-ci ildə bu rəqəm 109,5, 2014-cü ildə 102,5, 2013-cü ildə 107,9 olub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti