Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Pensiyaçılar üçün “staj amnistiyası” - Kimlərə şamil olunacaq?

18.11.2018 10:45

Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslər üçün 25 il "staj amnistiyası” hesab olunacaq.

2006-cı ilə qədər olan staj müddəti "staj amnistiyası”na düşəcək.

Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj kimi qəbul ediləcək və 2021-ci ildən etibarən isə bu "staj amnistiyası” bir il-bir il azalmağa başlayacaq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, bu, staj illəri 25-dən artıq olan şəxslərə xələl gətirməyəcək və həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər: "Bizim hesablamalarımız göstərir ki, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur. Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq.

Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir.

Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına başlanılacaq”.

Qeyd edək ki, gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61-dir. (Oxu.az)

© xezerxeber.az


858 dəfə oxunub

ÇOX OXUNANLAR