Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Millət vəkili: Dərsliklərdə çoxlu sayda zərərli informasiya var

16.10.2018 13:55

Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır.

Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: "İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".

Deputat sözlərinə görə, bundan başqa, dərsliklərdə bəzi mətnlər ləhcə ilə yazılır. (Trend)

© xezerxeber.az


537 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR