Azərbaycanda bu virusla bağlı təhlükə arxada qalıb

25.09.2018 22:28

Azərbaycanda rotavirusla xəstələnmə hallarıının sayı azalıb.

Azərbaycanda rotavirusla xəstələnmə hallarının sayı azalıb. Bu barədə Sputnik Azərbaycan-a AR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

Qeyd edək ki, rotavirus infeksiyası uşaqlarda diareyaya səbəb olan xəstəliyin törədicisidir. Rotavirus infeksiyası mədə və bağırsaqların (rotavirus qastroenteriti) selikli qişasının zədələnməsilə özünü büruzə verən virus etiologiyalı infeksion patologiyadır.

Əliyeva qeyd edib ki, hazırda Azərbaycanda rotavirusla xəstələnmə halları müşahidə edilmir. Buna baxmayaraq, bağırsaq infeksiyalarının laborator şəraitdə araşdırılması davam edir.

"Xüsusilə də böyüklər arasında bu xəstəlik yox dərəcəsindədir. Xəstəxanaların infeksion xəsətliklər şöbələrinə müraciət etsəz, onlar da sizə eyni şeyi deyəcəklər"— deə mütəxəssis bildirib.

O əlavə edib ki, havanın mövsümi dəyişikliyi ilə əlaqədar olaraq nadir hallarda respirator infeksiyalarla xəstələnmə halları müşahidə edilir. Bağırsaq infeksiyaları xəstəlikləri tədricən aşağı düşür.

Hələ 2017-ci ildə Azərbaycan həkimləri bildirirdilər ki, Səhiyyə Nazirliyində rotavirusa qarşı yeni peyvəndlərin tətbiqi müzakirə olunur. Bu məsələ Sumqayıt şəhəri ətrafında yaşayan uşaqların içməli su vasitəsilə rotavirusa kütləvi şəkildə yoluxmasından sonra xüsusilə aktuallaşmışdı.

Əliyevanın sözlərinə görə, hazırda yeni peyvəndlərin tətbiqindən hər hansı söhbət getmir.

Yeri gəlmişkən, Azərbaycanda rotavirusa yoluxma təhlükəsinin olmaması barədə informasiyanı Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev də təsdiqləyib.

Azərbaycanda infeksiyalarla bağlı ümumi vəziyyətə gəlincə, mütəxəssislər bildiriblər ki, bu sahədə ümumilikdə vəziyyət sabitdir.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR