Yol polisi sürücülərə müraciət edib

19.09.2018 17:15

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sentyabrın 20-də keçiriləcək Aşura mərasimləri ilə bağlı sürücülərə müraciət edib.

Xezerxeber.az bildirir ki, BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. "Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədar məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər. Məscidlərin və mərasimlər keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolun hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR