Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

19.09.2018 16:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin və Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə, təqsirləndirilən şəxslər barədə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və məhkəmə iclas zalından azadlığa buraxılıblar.

İttihama görə, S.Cahangirli "Real" MTK-nın icraçı direktoru olub və A.Əşrəfov isə həmin MTK-da çalışıb. Onlar vətəndaşların etibarından sui-istifadə edərək onların əmlaklarını ələ keçirməkdə, MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Trend)

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR