DİM abituriyentlərə müraciət etdi

21.08.2018 17:14

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 28‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının qərarına əsasən, 22-23 avqust 2018-ci il tarixlərinin qeyri-iş günləri olduğu nəzərə alınaraq, bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların 25-26 avqust (şənbə və bazar günləri) tarixlərində də fəaliyyət göstərməsi təmin ediləcəkdir.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR