Temperatur yenidən yüksələcək - Yay "qayıdır"

20.08.2018 17:46

Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 35 dərəcəyə çatacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Trend-ə deyib ki, avqustun 21-dən 24-dək Bakıda və Abşeron yarımadasında şimal küləyi zəifləyəcək və mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə havanın temperaturu getdikcə yüksələcək:

"Abşeron yarımadasında havanın maksimal temperaturu 33-34 dərəcə, Aran rayonlarda 35 dərəcəyə yaxın, dağlıq ərazilərdə isə 23-24 dərəcə isti olacağı gözlənilir".

© xezerxeber.az


1772 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR