Sığınacaqda yaşayan qız ali məktəbə girdi - Ödəniş pulu isə tapmır

17.08.2018 12:00

"Təmiz dünya” ictimai birliyinin sığınacağında məskunlaşan Dalida Uşovanın oxumaq arzusu ürəyində qala bilər.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. O, Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət fakultəsinin pullu şöbəsinə qəbul olunduğunu bildirib:

"Oxumaq, təhsil almaq istəyirəm. Fakültənin təhsil haqqı 1800 manatdır. Mənim bu ödəməyə imkanım yoxdur. Nə atam var, nə də anam. Onların hər ikisi həyatdadır, amma mənimlə əlaqələri yoxdur, atılmışam. İki ildir ki, Mehriban Zeynalovanın sığınacağındayam. Oxumaq, həyatda özü gücümə ayaq üstə dayanmaq istəyirəm. Bunun üçün Azərbaycan xalqından kömək istəyirəm. Mənə bu pulu ödəməyə kömək edin. Sağ olsunlar, sığınacaq mənə yemək, qalmaq şəraitini yaradıb. Amma sığınacağın bu qədər pulu ödəmək imkanı yoxdur. Mənə kömək edin”.

© xezerxeber.az


821 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR