Gürcüstanda fövqəladə hallar xidmətinin rəhbəri istefa verib

20.07.2018 18:46

Gürcüstanda Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri Giorgi Mqebrişvili istefa verib.

G. Mqebrişvili istefa xahişi ilə baş nazir Mamuka Baxtadzeyə müraciət edib. M. Baxtadze onun müraciətini təmin edib.
Qeyd edək ki, G. Mqebrişvili ötən ilin noyabrından Fövqəladə halların İdarə olunması üzrə Xidmətin rəhbəri idi. 2015-ci ilin avqust ayından 2017-ci ilin noyabrına qədər isə o, Gürcüstanın daxili işlər naziri olub. (APA)

© xezerxeber.az


364 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR