Əsgərə məktub yazın!

21.06.2018 13:51

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş "Əsgərə məktub” adlı aksiya keçirir.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin "Azərpoçt” MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.

"Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi iyunun 23-24-də, saat 12:00-dan 21:00-a qədər "Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Belə ki, qeyd olunan tarixlərdə "Park Bulvar”da "Azərpoçt” MMC-nin xüsusi guşəsi fəaliyyət göstərəcək.

Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər.

Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR