Xəzər dənizi sahilini çirkləndirən şəxs cərimələnib

21.06.2018 10:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, araşdırma zamanı fakt öz təsdiqini tapıb. Tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib və ərazi tullantılar Şüvəlan bələdiyyəsi tərəfindən təmizlənib.

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR