Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Parada hazırlıqla əlaqədar bəzi yollar bağlanacaq

19.06.2018 11:18

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, təlim-məşqlə əlaqədar olaraq iyunun 24-dən etibarən paytaxtın Neftçilər prospekti boyu Azadlıq meydanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Yəni avtomobillərin hərəkəti Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsündən keçməklə Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilir.
Həmçinin Azadlq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən hərəkət yalnız sağa - Rəşid Behbudov küçəsi istiqamətinə, eləcə də Puşkin, Üzeyir Hacıbəyov küçələri kəsişməsindən hərəkət sağa - Azadlıq prospekti istiqamətində, eyni zamanda Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə sola, yəni 28 May küçəsi istiqamətində müəyyənləşdirilir.
Sürücülərə qeyd edilən istiqamət üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur.

© xezerxeber.az


544 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR