Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilir

26.05.2018 13:14

Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir.

AZƏRTAC xəbər verir ki, imtahan saat 10.00-da vahid auditoriyada – Bakı İdman Sarayında təşkil olunub. Müsabiqədə iştirakla bağlı 640 nəfərin namizədliyi qeydə alınıb. Həmçinin tədbirin gedişi Ədliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə onlayn rejimdə birbaşa yayımlanır.

Ədliyyə Nazirliyi Müsabiqə Komissiyası sədrinin müavini, nazirliyin kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə müsahibəsində bildirib: "Namizədlərin əksəriyyəti gənclərdir. İmtahanda bütün regionlar təmsil olunur. İmtahanda iştirak edən hər üç nəfərdən biri qadındır. Namizədlərin yarısı əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyənlərdir. Ötən il keçirilən müsabiqənin nəticələrinə görə, 94 nəfər ədliyyə orqanlarına qəbul olunub. Onlardan 92-si barədə təyinat olub, 2 nəfər isə sosial məzuniyyətdə olduğu üçün təyinat hələlik təxirə salınıb. Təyinat alanların 35-dən çoxu qadınlardır”.

Üç saat davam edəcək test imtahanında namizədlərin hüquqi biliklərini və məntiqi nəticə çıxarma qabiliyyətini müəyyənləşdirmək üçün verilən test tapşırığı 100 sualdan ibarətdir. Test imtahanının yekununa görə, toplanması mümkün olan 90 baldan 55 və daha çox bal toplamış namizədlər uğur qazanmış hesab olunur.

Nəticələri imtahandan dərhal sonra Ədliyyə Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin internet saytlarında, həmçinin nazirliyin binasında xüsusi monitorda yerləşdiriləcək.

İmtahandan uğurla keçən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbətlər aparılacaq.

© xezerxeber.az


324 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR