Dövlət Komitəsi: 20 min məcburi köçkünün işlə təmin olunmasına ehtiyac var

26.05.2018 12:26

Məcburi köçkünlər arasında yoxsuluq səviyyəsi 2003-cü ildə 75 faiz olmasına baxmayaraq, dövlət tərəfindən görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 12 faizə düşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, hazırda əmək qabiliyyətli 380 min məcburi köçkün var.
Bu məcburi köçkünlərdən 200 min nəfəri daimi, 160 min nəfəri isə mövsümi işlə təmin olunub. 20 min əmək qabiliyyətli məcburi köçkünün isə işlə təmin olunmasına ehtiyac var.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR