DİM: 28 nəfərin imtahan nəticələri ləğv edilib

22.05.2018 18:51

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 22-də elan edib.

Mərkəzdən xezerxeber.az-a verilən məlumata görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 33139 abituriyentdən 648 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 2 abituriyent (İsmayıllı şəhəri, 6 saylı tam orta məktəb və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), IV ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

© xezerxeber.az


883 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR