İslam aliminin bitkoin açıqlaması QALMAQAL YARATDI

19.04.2018 17:51

İslam aliminin bitkoin kriptovalyutası ilə bağlı verdiyi bəyanat qalmaqal yaradıb.

İndoneziyadan olan alim Məhəmməd Əbu-Bakar bitkoinin şəriət qanunlarına görə kifayət qədər caiz olduğunu deyərək, müsəlmanlara bunun haram yox, halal olduğunu bildirib.

Ötən il sürətlə bahalaşan və gündəmdən düşməyən bitkoin, eləcə də digər alternativ kriptovalyutaların Almaniyada rəsmi olaraq qəbul ediləmsinə diqqət çəkən alim, insanlara şəxsi ticarətlərində virtual pullardan istifadə etməyə çağırıb:

"Bitkoinin qlobal birjalar tərəfindən, eləcə də bir çox firma tərəfindən ödəniş vasitəsi kimi qəbul edilməsi normaldır. Bu şəriət qanunlarına zidd deyil. İnsanlar şəxsi bizneslərində bitkoin və digər kriptovalyutalardan istifadə edə bilərlər".

"The Independent" nəşri bitkoinin ötən həftə min dollar bahalaşmasını Əbu-Bakarın açıqlaması ilə əlaqələndirib./publika.az

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR