Nazir: “Hərbi əməliyyatlar zamanı həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

19.04.2018 17:37

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov mətbuat konfransında çıxışı zamanı bildirib.
S.Müslümovun sözlərinə görə, ilkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür.
"Bu kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq", - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. (APA)

© xezerxeber.az


872 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR