Ötən il 18 yaşına çatmayan 5-ə yaxın qadında abort icra edilib

19.04.2018 14:14

"2017-ci ildə Azərbaycanda 37 618 abort icra edilib".

Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.
Baş mama-ginekoloq bildirib ki, abortlar əsasən 18-25 yaşlı qadınlar üzərində icra olunub. O əlavə edib ki, abortdan sonra ölüm halı baş verməyib.
S. Məmmədova qeyd edib ki, ötən il təxminən 18 yaşına çatmayan 5-ə yaxın qadında abort icra edilib.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR