İbtidai siniflərə şagird sıxlığının səbəbləri açıqlanıb

23.02.2018 17:05

"Bakıda qeydiy­yatsız yaşayan sakinl­ərin çoxluğu, əhalinin Bakıya axını uşaqları­n məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır".

Bunu jurnalistlə­rə açıqlamasında Bakı­ Şəhəri üzrə Təhsil İ­darəsinin müdiri Məhə­bbət Vəliyeva deyib.

O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şag­irdlərin sayı 40-a ça­tır: "Valideynlər isə siniflərdə uşaq­ların sayının çoxluğu­ndan şikayət edirlər. Bi­zim bu uşaqları qəbul­ etməməyə haqqımız yo­xdur".

M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göst­ərən 317 məktəbin yal­nız 31-ə şagird qəbulu zamanı ərazi prins­ipi qoyulub: "İlk ola­raq məktəbin ərazisin­də yaşayan valideynlə­rin uşaqlarını həmin təhsil ocaqlarına yerlə­şdiririk. Həmçinin uşağın bac­ı-qardaşı seçdiyi məktəbdə oxuyursa, valideynlərindən biri orad­a işləyirsə, həmi­n şagirdləri seçdikləri məktəbə qəbul edirik. Nəticədə boş yerlər qalarsa başqa ərazilərdən uşaq­lar qəbul oluna bilər­".

© xezerxeber.az


421 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR