Bakıda Xocalı yürüşü keçiriləcək

22.02.2018 13:04

"Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri həyata keçirilir.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov AzVision.az-a bildirib ki, Xocalı soyqrımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi parkda güllər əkilib.

"Parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri boyunca yeni yaşıllıq örtüyünün salınması və gül kollarının əkilməsi üçün 100 mindən çox gül və bəzək kolu tədarük edilib. Hazırda müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil müəssisələrindən, bağçalardan uşaqlar gələrək abidəni ziyarət edirlər”.

P.Hüseyn bildirib ki, 26 fevral günü yürüş keçiriləcək. Xocalı abidəsi istiqamətində nəzərdə tutulan yürüş "AMAY" Ticarət Mərkəzi tərəfdən başlayacaq.

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan "Vətən harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalısoyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR