Bakının bəzi ərazilərində su olmayacaq

21.02.2018 17:34

Fevralın 22-də gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə XəzərXəbər-ə "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, məhdudiyyət Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” abunəçilərdən üzr istəyir.

© xezerxeber.az


342 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR