Bu cür insanlardan UZAQ DURUN! - Xəbərimiz olmadan beyniniz...

17.02.2018 17:16

Eyni mühitdə olan insanların beyinlərinin bir-biri ilə danışdığını desələr, inanarsınız? İnanın. Ən azından ABŞ-ın Northvestern (Şimal-Qərb) Universitetinin nevrologiya üzrə professoru Moran Cerf beynin elektrik siqnalları sinxroniyası ilə bağlı araşdırmalarına görə vəziyyət belədir.

M.Cerfin 10 ildən çox bir dövrdə insanların qərar qəbul etmə müddətlərini incələyib.

Bunun üçün o sadəcə beyin siqnallarının fəaliyyətini incələmir, həmçinin insanların fərqli hadisələrə reaksiya verərkən beyinlərinin hansı bölgələrinin fəaliyyətə keçməsi ilə bağlı rentgen nəticələrini də araşdırır. Araşdırmaya görə insanlar birlikdə vaxt keçirdikdə, onların beyin dalğaları da bir-birinə bənzəməyə başlayıb. Hətta bəzilərində tam eyni olub.

M.Cerf eyni mühitdə olan insanların beyinlərinin fəaliyyətini kompüter ekranında izləyib.

"Sadəcə iki həftə sonra eyni filmi izləyən, eyni kitab oxuyan, ancaq bir-biri ilə danışan insanların dil, hiss və həyata baxışlarında ortaqlıq diqqət çəkir”- deyə, alim açıqlayıb.

Bunu nəzərə alan alim bildirib ki, həyatda verdiyiniz ən doğru qərar kiminlə vaxt keçirməyiniz barədə verdiyiniz qərardır.

"Yaxınlığınızdakı insanların sizin üzərinizdəki təsiri böyükdür. Ən böyük təsir isə zamanla ona bənzəməyinizdir. Əgər 10 il boyunca pis xarakterli biri ilə vaxt keçirsəniz, bu həyatınıza çox böyük təsir göstərəcək”.

Seçimlərimizin bizə necə təsir etməsi istiqamətində araşdırma aparan M.Cerf bildirir ki, beyin dalğalarınız bir müddət sonra birlikdə vaxt keçirdiyiniz insanın beyin dalğalarına bənzəyir. Ona görə də, seçim edərkən qarşınızdakının davranış və düşüncələrini nəzərə alın./publika.az

© xezerxeber.az


353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR