Nikaha girənlər üçün müayinə siyahısının artırılması təklif edilir

22.01.2018 12:46

Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərinin sayının artırılması, hepatit B və hepatit C-nin də müayinəsi məcburi olan xəstəliklərin siyahısına daxil edilməsi təklif olunub.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib.
Deputat Musa Quliyev isə bildirib ki, Ailə Məcəlləsinə dəyişikliklər etmək lazımdır. O qeyd edib ki, nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir: "Bunun olduqca gözəl nəticələri var. Təklif edirəm ki, hepatit B və hepatit C-ni də müayinə paketinə daxil etmək üçün Ailə Məcəlləsinə dəyişiklik edək”. (APA)

© xezerxeber.az


371 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR