Limonun möcüzəvi faydalarını siz də ÖYRƏNİN

20.11.2017 15:57

Limon ən çox bilinən Sitrus meyvələri növlərindən biridir. Qızdırmanı və təzyiqi salır. Qanı təmizləyir. Susuzluğu aradan qaldırır. Ürəyi qüvvətləndirir. Damar sərtliyi və revtatizmada faydalıdır. Qripin tez sovuşdurulmasını təmin edir. Mədə, bağırsaq və sidik yollarındakı mikrobları öldürür. Qida zəhərlənməsini önləyir. Böyrək və sidik kisəsi qum və daşlarının salınmasına köməkçi olur. Üzdəki sızanaqları aparır. Dərinin gözəlləşməsini təmin edir. Qaraciyər xəstəliklərində faydalıdır. Dişləri ağardır və diş ətlərini qüvvətləndirir. Soyuqdəymədə şikayətləri yox edir. Skorbüt xəstəliyində faydalıdır. Boğaz və badamcıq iltihablarının aradan qaldırır. İshalı kəsir. Qansızlığı önləyir. Çox aybaşı qanamasını önləyir. Döyənəkləri sökür. Mədə ağrılarını dindirir. Baş ağrılarını və bədən ağrılarını kəsir. Üz çillərində faydalıdır.

Limon dərman kimidir və faydası sayıla bilməyəcək qədər çoxdur.

Bunlardan bəziləri:

- ağız qoxusunu aradan qaldırar,

- ürəyin döyüntüsünü sakitləşdirər,

- bəlğəm etdirməz,

- qaraciyərdəki hərarəti söndürər,

- babasil xəstəliyinə yaxşı gəlir,

- iştahı artırar, ağrını azaldar,

- ürək bulanmasının qarşısını alır,

- dəriyə sürtülüncə gözəlləşdirər,

- qusmaları kəsər,

- üzdəki çillərə faydalıdır,

- həzmi asanlaşdırar,

- parladıcı və təmizləyicidir,

- qabarıqlığı aradan qaldırar,

- mürəkkəb ləkəsini çıxarar,

- mədəni qüvvətləndirər,

- susuzluğa təskinlik verər.

YEMƏKLƏRƏ QATIN

Limon qabıqlarına geri dönürük. Qabıqları çayınıza qataraq həm ləzzət, həm də güclü bir dəri baxımına qovuşa bilərsiniz. Makaron sousuna limon qabığı rəndəsi əlavə etmək yaxşı bir alternativdir. Rəndələdiyiniz qabıqları salatınıza, hazırladığınız kekslərə və peçenyelərə də qata bilərsiniz.

Suya qarışdırılmış limon damcısı nələr edir?

Əgər səhər yuxudan duran zaman yarım stəkan isti suya bir neçə damcı limon suyu töküb içsəniz, nələrin baş verdiyini bilirsinizmi?

1. İmmun sistemini gücləndirər.

Limonun tərkibində C vitamini olduğu üçün virus xəstəlikləri ilə mübarizədə çox faydalıdır. Bu turş meyvə kalium mənbəyidir. Limon qan təzyiqi üçün də faydalıdır. O zaman ki, acqarına bu meyvədən istifadə edirsiniz, anti-oksidant bədəninizin immun sistemini gücləndirər.

2. Yeməyin həzm olmasına yardım edər.

Bu içəcək bədəndə olan zəhərli maddələri dəf edər. Həmçinin öd ifrazının artmasına səbəb olar. Bunun nəticəsində mədə yanmasının qarşısı alınar. Lakin əgər mədənizdə yara varsa və həssas bir mədəyə maliksinizsə, bu içəcəkdən çəkinin. Yaxşı olar ki, əgər içsəniz də limon damcısının sayını gərək azaldasınız.

3. Fövqəladə diuretikdir.

Bu içəcək bədəndə olan toksinləri təmizləyər və sidikqovucudur. Ona görə də diuretik xasiyyətə malikdir.

4. Tənəffüs yollarındakı problemi həll edər.

Bu içəcək tənəffüs yollarını təmizlədiyindən, problemləri də aradan qaldırar. Sinənizdə olan xəstəliklər üçün faydalıdır. Belə ki, öskürək xəstəliyindən xilas ola bilərsiniz. Bu içəcək astma və allergiya xəstəliyinə qarşı da faydalıdır.

5. Çəkinin azalmasına yardım edər.

Limonun tərkibində pektin maddəsi olduğu üçün aclıqla mübarizə aparar. Nəticədə çəkinizi rahat şəkildə azaltmağa yardım edər. Ona görə də əgər pəhriz saxlayırsınızsa, bu içəcəyi unutmayın.

6. Dərinin təmizlənməsi üçün.

Bu içəcək diş ağrısına qarşı və dərinin təmizlənməsi üçün faydalı bir içəcəkdir.

7. Stresslə mübarizə aparar.

O zaman ki, günümüz stresslə dolu olar, bədən C vitamini itirər. Ona görə də limonu unutmayaq. Bu içəcək C vitamini vasitəsilə əsəb gərginliyinizi aradan qaldıra biləcəkdir. Ona görə özünüzü daha gümrah hiss edərsiniz./faktxəbər

© xezerxeber.az


1132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR