Süd vəzisi xərçəngi “cavanlaşıb”

19.10.2017 16:18

Oktyabrın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Süd vəzi xərçəngi ilə mübarizə ayı”na həsr olunmuş "Süd vəzi xərçənginin qarşısını necə alaq?” seminarı keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən klinikanın mammoloq-radioloqu, Azərbaycan və Avropa radioloqlar cəmiyyətinin həqiqi üzvü Günel Qəmbərova iştirakçılara süd vəzisində xərçəngəqədər dövrü vaxtında aşkarlamaq və onunla mübarizə yolları, eyni zamanda, duktoqrafiya müayinəsi ilə bağlı məlumat verib. O, həmçinin süd vəzisinin digər xəstəlikləri haqqında da danışaraq, onların xərçəngə çevrilmə ehtimallarından bəhs edib. Süd vəzisi xərçənginin cavanlaşdığını vurğulayan G.Qəmbərova 18 yaşdan etibarən həmin xəstəliyə yoluxmanın mümkün ola biləcəyini bildirib. Qeyd edilib ki, 18 yaşdan yuxarı qadınlar ildə bir dəfə ultrasəs, mammoqrafiya və həkim müayinəsindən keçsə, xəstəliyi vaxtında aşkarlamaq olar. Ümumiyyətlə, mammoloq-radioloq süd vəzi xərçənginin daha çox rast gəlinmə ehtimalının olduğu 35 yaşdan yuxarı qadınların ildə bir dəfə, 50 yaşdan yuxarı qadınların isə ildə iki dəfə müayinədən keçməsini tövsiyə edib.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xatırladaq ki, 1992-ci ildən etibarən oktyabr ayı Dünya Səhiyyə Təşkilatı tərəfindən "Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” elan olunub.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

19.11.2017 16:43

Lavrov İrəvana gedir

ÇOX OXUNANLAR