İş axtaranların DİQQƏTİNƏ! DİN tərcüməçi axtarır

19.10.2017 16:05

Daxili İşlər Nazirliyi (DİN) Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 1 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.

Nazirlikdən verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək http://www.mia.gov.az/index.php?/az/http://modern.az/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qeydiyyata götürülməsi barədə elektron poçt vasitəsi ilə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilərkən Baş Kadrlar İdarəsinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet;

əmək kitabçası (olanlar üçün).

Müsabiqənin qalibinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onun qanuvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-93-64; (012)-590-93-27.

DİN eyni zamanda, Tibb İdarəsinin müalicə – profilaktika müəssisələrində 3 həkim – travmatoloq, 1 həkim – neyrocərrah, 1 həkim – uroloq, 3 həkim – narkoloq və 1 həkim – nefroloq, ümumilikdə vakant olan 9 vəzifə üzrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə dövlət ali təhsil müəssilərində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək

http://www.mia.gov.az/index.php?/az/http://modern.az/az/content/29875

ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] internet ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;

ali təhsil haqqında diplom;

hərbi bilet (kişilər üçün);

əmək kitabçasının surəti.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

012-590-20-59

012-590-20-94.

© xezerxeber.az


403 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR