Xəzər Xəbər

Ermənilərin dağıtdığı məktəblərin şagirdlərinin aqibəti necə olacaq? - Nazir açıqladı

Cəmiyyət | 10:32 • 23 Yanvar 2021
 Ermənilərin dağıtdığı məktəblərin şagirdlərinin aqibəti necə olacaq?  -

Azərbaycanın cəbhəboyu və ətraf yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması nəticəsində təxminən 1150 məktəbdə 300 minə yaxın şagirdin təhsil-təlim prosesini davam etdirməsi mümkünsüz olub.

Xezerxeber.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Xəzər TV-nin "Vaxtı Gəldi!” proqramının qonağı olan E.Əmrullayev bildirib ki, ermənilərin raket atəşi nəticəsində 54 məktəbə bu və digər şəkildə ciddi ziyan dəyib. Nazirin sözlərinə görə, hazırda həmin məktəblərin bərpası istiqamətində işlər görülür.

E. Əmrullayev əlavə edib ki, fevral ayının 1-nə kimi məktəblərin əksəriyyəti tam bərpa ediləcək və ibtidai sinif şagirdləri üçün tədrisə başlanacaq: "Böyük dağıntıya məruz qalmış məktəblərin şagirdlərinin isə qonşu təhsil müəssisələrinə köçürülməsi nəzərdə tutulur. Amma ola bilər ki, həmin məktəblərin bir neçə otağı təmir edilərək müvəqqəti olaraq dərslər orada keçirilsin. Bununla bağlı müvafiq qərarların qəbul edilməsi üçün iş aparılır”.

Nazir xatırladıb ki, ermənilərin Gəncə, Naftalan və Bərdə şəhərlərinə raket hücumları nəticəsində 10 şagird həlak olub.

Atif

Xəbər lenti