Gürcüstanda Azərbaycan şəhidlərinin xatirəsi anılıb

04.12.2020 16:56

Bu gün saat 12:00-da Azərbaycanın Gürcüstandakı səfirliyində səfir Faiq Quliyev və səfirlik əməkdaşları tərəfindən Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Anım tədbirindən sonra tarixdə ilk dəfə olaraq, Gürcüstanda, səfirliyin ərazisində işğaldan azad edilmiş Qarabağ torpağında becərdilmiş və düşmən üzərində şanlı zəfərimizin simvollarından biri olan xarıbülbül gülü əkilib.

Səfirlikdən bildirilib ki, bununla da, Qarabağ ətri, qələbə ətri Gürcüstana da gətirilmişdir. Qeyd edilməlidir ki, xarıbülbül gülünün Gürcüstana gətirilməsi "AS Georgia” şirkətinin direktoru Emin Abbasovun dəstəyi ilə mümkün olub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Eşq olsun Azərbaycan xalqına!

Eşq olsun Azərbaycan hərbçilərinə!

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan! report

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR