Bu dərman koronavirusun yayılmasını bloklayır

04.12.2020 15:59

Alimlər koronavirusun ötürülməsini tez bir zamanda bloklayan vasitə tapıblar.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı "Nature Microbiology” jurnalında məlumat yayılıb. 

Qeyd olunub ki, ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri qripə qarşı effektiv olan virus əleyhinə 4482/EIDD-2801 və ya "Molnupiravir" preparatının SARS-CoV-2 virusuna təsirini analiz ediblər.

Heyvanlar üzərində laboratoriya tədqiqatlarının nəticəsində məlum olub ki, preparat xəstəliyin ilkin mərhələsində yüksək effektivlik göstərir. Dərman vasitəsi orqanizmdə COVID-19 infeksiyasının ağır dərəcəyə qədər inkişafına, virusun orqanizmdə uzun müddət qalmasına imkan vermir və ilk gündən başlayaraq onun ötürülməsinin qarşısını alır.

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR