Son günlər MBA (biznesin idarəedilməsi üzrə magistr) proqramını bitirən məzunlar tərəfindən doktoranturada təhsillərinin davam etdirilməsinə köməkliyin göstərilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciətlər daxil olur.
Xezerxeber.az-ın məlumatına görə, nazirlik müraciətləri nəzərə alaraq məsələyə aydınlıq gətirib.
Qeyd edilib ki, doktorantura səviyyəsinə qəbul prosesi "Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” ilə tənzimlənir. 2019-cu ildə bu qəbul qaydalarında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qəbul qaydalarında edilən dəyişikliyə uyğun olaraq, 2020-ci ildə magistr diplomunda da dəyişiklik edilib və diplomda "doktoranturada təhsilini davam etdirmək” sözündən sonra "magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilib. Qanunvericilikdə edilən həmin dəyişikliklər ali təhsilin doktorantura səviyyəsində daha keyfiyyətli, elmi-tədqiqat bacarıqları olan mütəxəssislərin yetişdirilməsi məqsədi daşıdığından MBA proqramını bitirən və yalnız magistr dissertasiyasını müdafiə edən məzunlara doktoranturaya qəbul imtahanlarında iştirak imkanı yaradır.
Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndini nəzərə alaraq bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.
Atif
© xezerxeber.az2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
Azərbaycanda distant təhsil diplomları niyə tanınmır? - VİDEO
Ov mövsümü açıldı - bir neçə quşun ovlanmasına icazə verilir - VİDEO
Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi təbrik edib
Külli miqdarda narkotik maddə aşkarlanıb, saxlanılanlar var - VİDEO
Təhsil naziri müəllimlərin sertifikasiyasından danışdı - VİDEO
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB