Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda təhsil haqqında dövlət sənədləri elektron qaydada veriləcək

30.11.2020 17:30

Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək.

 Bu gün Milli Məclisin Elm və Təhsil komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən "Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Nərmin Məcidli

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

26.01.2021 13:02

Sabahın hava proqnozu

ÇOX OXUNANLAR