ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib

30.11.2020 16:49

ABŞ-ın "Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin effektivlik göstəricisi açıqlanıb.

Bununla bağlı nəticələr şirkətin rəsmi saytında yayılıb.

İlkin analizlərə əsasən, koronavirusa qarşı vaksinin səmərəliyi 94,1 %, xəstəliyin ağır hallarında isə 100 % olub.

Xatırladaq ki, indiyədək dünyada 63 milyondan çox insanda COVID-19 qeydə alınıb. 1,5 milyona yaxın insan virusun qurbanı olub, 43 milyondan çox pasiyent isə sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report

Nərmin Məcidli

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR