Politoloq: “İranda müharibə baş verərsə Azərbaycana qaçqın axını ola bilər”

30.11.2020 16:35

Noyabrın 27-si USS Nimitz təyyarə gəmisinə döyüş gəmiləri ilə birlikdə Körfəz bölgəsinə dönmək əmri verilib. Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və ABŞ Hərbi Dəniz Qüvvələri rəsmi açıqlama verib. Döyüş gəmilərinin yerləşdirilməsi yeni bir münaqişənin başlanğıcı ola bilərmi?

Bu haqda Xezerxeber.az saytına politoloq Məhhəmməd Əsədullazadə açıqlama verib.

O, bildirib ki, son zamanlar İsrail İrana qarşı radikal addımlar ataraq Suriyada İranın mövqeylərini zəiflətməyə çalışır. İran da Yaxın Şərqdə İsrail və Amerika oxuna qarşı ciddi müqavimət göstərir. "İranın nüvə arsenalını inkişaf etdirməsi, həmçinin uranu zənginləştirməsi, Tramp administrasiyasını narahat edən əsas məqamlardan biridir. Tramp administrasiyası yanvarın 20-də başa çatır. Görünür ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə Tramp, Baydenin İranla loyal siyasət keçirə biləcəyindən narahatdır. Bu səbəbə görə onlar Amerika İran münasibətlərini çıxılmaz vəziyyətə gətirməyə çalışırlar”. Politoloq bu prosesin aktiv müharibəyə gətirib çıxarmasa da vəziyyəti gərginləşdirə biləcəyini və yaxud lokal toqquşmalara yol aça biləcəyini qeyd edib. "İranda nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin sui qəsd nəticəsində öldürülməsi və İranın bu sui qəsddə İsrailin əli olduğunu bildirməsi bu prosesi gərginləşdirən digər səbəblərdən biridir. Düşünürəm ki, Amerikanın təyyarə daşıyan gəmisinin Fars körfəzinə gəlməsi İrana qarşı əzələ nümayişidir. İranın möhkəmlənməyə çalışması, ABŞ və İsraili sərt addımlar atmağa məcbur edib. Əgər müharibə baş verərsə, Səudiyyə Ərəbistan, BƏƏ və digər körfəz ölkələri İranın hədəfi olacaq. Hal-hazırda ABŞ-ın gəmi göndərməsinə qaldıqda isə bu hal əvvəlki illərdə də baş verib. İran təmkinli davranaraq Trampın hakimiyyətdən getməsini Baydenin hakimiyyətə gəlməsini gözləyəcək”.

M. Əsədullazadə açıqlamasında müharibə olduğu halda Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın sıfıra enəcəyini bildirib. " Müharibə baş verərsə Azərbaycana qaçqın axını ola bilər, "Şimal-Cənub” nəqliyyat dəhlizi fəaliyyətini dayandıra bilər.

Nərmin Məcidli

© xezerxeber.az

FOTOQALERIYA






237 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR