Azərbaycanda COVID-19 testlərinin bitməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu gün ölkədə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur. Bu problemin aradan qaldırılması məqsədilə simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb", - qurumdan bildirilib.
Məlumatda vurğulanıb ki, hazırda ölkədə 37 laboratoriya mövcuddur: "Bu laboratoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19 178) artıb.
© xezerxeber.az2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
Təhsil naziri hansı tələbələrə faizsiz kredit veriləcəyini açıqlayıb
Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri həll edilir
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcək
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
“Azəriqaz” smart sayğacların ləğvi məsələsinə aydınlıq gətirdi
Hərbçilərin maaşı niyə azaldılıb? - Maliyyə Nazirliyi açıqladı
Şuşaya 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib - FOTO
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB