Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Kəlbəcərdən olan özünüməşğulluq proqramının iştirakçıları öz ailə bizneslərini doğma rayona aparacaqlar

25.11.2020 10:42

Otuz ilə yaxındır davam edən Kəlbəcər həsrəti bitdi - ölkəmizin bir parçası olan Kəlbəcər rayonu erməni işğalından azad olundu.

Hər birimizin qəlbində Kəlbəcər sevinci hökm sürür, Kəlbəcər sakinlərinin yaşadıqları sevinc və fərəh hissi isə sonsuzdur. Kəlbəcərdən olan özünüməşğulluq proqramı iştirakçıları nəinki onların, gələcək nəsillərin də bu şanlı zəfəri, doğma yurd yerlərimizin azad edildiyi bu günləri heç zaman unutmayacaqlarını, daim qürurla xatırlayacaqlarını vurğulayırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
xezerxeber.az-a verilən məlumata görə, doğma rayona qayıtmağa hazırlaşan həmin vətəndaşlar artıq məcburi köçkün olmadıqlarını fərəhlə qeyd edirlər. Onlar dövlətin daha bir qayğısı kimi özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Kəlbəcərə aparacaqlarını bildirirlər.

Təbiətin min bir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli Kəlbəcərdə öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR