İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

24.11.2020 19:27

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 192.12-ci maddə əlavə edilir:

"192.12. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə -

vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.".

Həmçinin, 599-cu maddənin adında və mətnində "Ali" sözü "Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə, ali" sözləri ilə əvəz edilir.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR